Emin səhnədən enərək halı pisləşən qıza yardım etdi - VİDEO

18 İyun 2022 23:56

"Sea Breeze Summer Live" beynəlxalq musiqi festivalı çərçivəsində Xalq artisti Emin Ağalarovun solo konserti zamanı tamaşaçılardan birinin halı pisləşib.

Bunu görən Emin səhnədən düşərək halı pisləşən qıza yardım edib.

Eminin bu davranışı alqışlarla qarşılanıb.

Vəziyyəti pisləşən qıza tibbi yardım göstərilib.

Milli.Az