Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Baş Kəşfiyyat İdarəsi bildirib.
Məlumata görə, Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı 5-ə 5 düsturuna əsasən 5 vətəndaşı azad edə bilib.
"Sərbəst buraxılanların hamısı qanunsuz saxlanılan mülki şəxslərdir", - Qərargahın açıqlamasında deyilir.
Əsirlərin dəyişdirilməsi ilə yanaşı, ölən ukraynalı əsgərin meyitini geri qaytarmağa nail olunub.
Bundan əvvəl iyunun 10-da Rusiya ilə "5-ə 4" düsturuna əsasən məhbus mübadiləsi aparılıb.
Milli.Az