“Qarabağ” gürcü qapıçını transfer etdi

18 İyun 2022 20:12

"Qarabağ" komandası gürcü qolkiper Luka Quqeşaşvilini transfer edib.

Bu barədə klubun saytında yazılıb.

Bildirilir ki, 2022-ci ilin yanvarında Polşanın "Yagelloniya" klubundan icarəyə götürülmüş Luka Quqeşaşvili ilə daha 3 illik müqavilə imzalanıb.

Klub "Yagelloniya" ilə danışıqların yekununa əsasən, gürcüstanlı qapıçının transfer hüququna yiyələnib.

Milli.Az