İrəvanda partlayış olub - ölən var

18 İyun 2022 16:18

Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Partlayışın elektrik sistemlərinin quraşdırılması ilə məşğul olan "Vellar Qrup"un ərazisində baş verdiyi bildirilib.

Milli.Az