"Psixoloji problemli insanı efirə çıxarıb reytinq tuturlar"

18 İyun 2022 18:15

Aparıcı Zaur Baxşəliyev bəzi sosial verilişləri tənqid edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Zaurla Günaydın" verilişində Əkbər Əlizadə "Fiziki qüsurlu insanların səhnədə obrazının canlandırılması, gülüş hədəfinə çevrilməsi qadağandır" sözlərini söyləyib. Zaur isə ad çəkmədən bir proqramlarda bunun edildiyini bildirib:

"Televiziyada da bu qanun var, qadağandır. Amma riayət edən yoxdur. Baxırsan, psixoloji problemli insanları efirə çıxarıb məsxərəyə çevirirlər, ondan reytinq tuturlar".

Milli.Az