Kimlər pomidor yeməməlidir? - Araşdırma

19 İyun 2022 20:35

Pomidor şirəsi xərçəng riskini azaldır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, aparılan araşdırmalar bunu göstərib. Belə ki, tərkibində olan likopin maddəsi həqiqətən xərçəng və ürək-damar sistemi xəstəliklərinin inkişafından qoruya bilər.

Pomidor həmçinin arıqlamağa da kömək edir. Bu məqsədlə diyetoloqlar arıqlamaq istəyən insanlara pomidordan hazırlanmış qarışımları tövisyə edir.

Qeyd edək ki, mədə xorası, xolesistit və pankreatit (öd kisəsi və mədə altı vəzi iltihabı), öd daşı və böyrək daşı xəstəliyi, böyrək və sidik kisəsinin iltihablarından əziyyət çəkənlərin pomidor şirəsindən içməyi tövsiyə edilmir.  

Milli.Az