39 yaşlı kişi arvadını öldürüb intihar etdi

18 İyun 2022 08:39

İmişli sakini arvadını bıçaqlayaraq öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində qeydə alınıb.

Gecə saat 01 radələrində İmişli rayonunun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1986-cı il təvəllüdlü Mustafayeva Turan Vaqif qızını 9 bıçaq zərbəsi ilə qətlə yetirib. O, daha sonra özünü bıçaqlayaraq intihar edib.

Onların birgə nigahdan bir övladları var.

Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır.

Milli.Az