Bakıda avtomobil piyadaya ağır xəsarət yetirib

18 İyun 2022 08:04

Bakının Binəqədi rayonunda yolu keçən piyadanı avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində baş verib.

1964-cü il təvəllüdlü Hüseynov Elşad Zülfüqar oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az