Xəzərdə 1 nəfər xilas edilib

18 İyun 2022 07:45

Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Goradil" sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Milli.Az