Ukraynanın AB üzvlüyünə Putindən reaksiya

17 İyun 2022 23:34

Rusiya Ukraynanın Avropa Birliyinə qoşulmasına qarşı deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O qeyd edib ki, Ukraynanın AB-yə üzv olması Rusiyanın əleyhinə deyil: "Əleyhimizə heç nə yoxdur, bu, hərbi blok deyil".

Putin bununla yanaşı vurğulayıb ki, Ukraynanın AB-yə üzv olması onlar üçün faydalı olacaq: "Bu, ukraynalıların və hakimiyyətinin işidir".

Rusiya lideri Ukraynanın AB-yə üzv olmasının Kiyevi asılı vəziyyətə gətirəcəyini də qeyd edib:

"AB-yə üzv olduğu təqdirdə böyük subsidiyalar tələb edəcək və yarımmüstəmləkəyə çevriləcək".

Qeyd edək ki, bu gün Avropa Komissiyası Ukrayna və Moldovaya AB-yə namizəd statusu verilməsi barədə müsbət rəy qəbul edib.

Milli.Az