Azərbaycanda sabiq nazir vəfat etdi - FOTO

17 İyun 2022 22:49

Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev vəfat edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, 81 yaşında dünyasını dəyişib.

Mərhum sabah Gəncədə torpağa tapşırılacaq.

Qeyd edək ki, Abdullayev Müzamil İmran oğlu 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

Milli.Az