Qaraciyərini qardaşına verən Nərminin xəstəxanadan yeni görüntüsü - FOTO

17 İyun 2022 19:30

Müğənni Nərmin Kərimbəyova xəstəxanadan yeni görüntüsünü paylaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Nərmin xəstəxanadan fotosunu paylaşaraq "Bu günümüzə şükür" şərhini əlavə edib.

Fotodan sənətçinin səhhətinin tamamilə yaxşılaşdığı görünür.

Qeyd edək ki, N.Kərimbəyova bir neçə həftə əvvəl Türkiyədə hepatit B virusuna yoluxan 42 yaşlı qardaşı Kamrana qaraciyərinin bir hissəsini verib və ağır əməliyyatın ardından vəziyyəti pisləşib.

Sözügedən paylaşımı təqdim edirik:

Milli.Az