Tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı

17 İyun 2022 14:22

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin edilməsi barədə müddət uzadılıb.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Prezidentin Sərəncamına uyğun olaraq, tibb işçilərinə maaşlarına əlavələr edilməsi iyulun 1-dək davam etdiriləcək.

Milli.Az