"Pula görə ərimi xanımlarla yeməyə göndərərəm"

17 İyun 2022 14:00

7 il öncə futbolçu Alpaslan Öztürklə evlənən model Ebru Şancı "2 sayfa" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  model 2019-cu ildə aktyor Burak Özçivitin 80 zəngin xanımla şam yeməyi yeyərək 1.5 milyon lirə qazanmasına münasibət bildirib.

O, bu hadisəyə normal baxdığını deyib:

"Pula görə mən də ərimi göndərərəm, problem olmaz. Burada nə var ki? Həm yemək yesin, həm də xanımlarla söhbət etsin. Pulu hesabında gördükdən sonra qarışmayacaqsan".

Qeyd edək ki, modellə Alpaslanın 3 övladı var.

Milli.Az