Kreml müharibədə nə qədər zirehli texnika itirib?

17 İyun 2022 20:45

Ukraynanın tammiqyaslı işğalı başlayandan bu yana Rusiya ordusu sərəncamında olan zirehli texnikanın 20-30%-ni itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib.

"Bu, əhəmiyyətli itkidir, çox böyük rəqəmdir", - deyə Milli qeyd edib.

O bildirib ki, müharibədə qələbə rəqəmlərlə deyil, onların düzgün tətbiqi ilə təmin olunur.

Milli.Az