Məşhur müğənni “Vogue” jurnalının üz qabığında - FOTO

18 İyun 2022 02:44

"Vogue" jurnalının iyul buraxılışının üz qabığı amerikalı müğənni Beyonsun fotosu ilə işıq üzü görüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yeni nömrədə müğənninin fotosessiyasından şəkillər dərc edilib.

Qeyd olunur ki, jurnalın üz qabığında müğənni at belində uzun qara paltarda görünəcək; jurnalın içərisindəki şəkillər isə, müəlliflərin təsəvvür etdiyi kimi, 20-ci əsrin son rübündə klub həyatının inkişafını simvollaşdırır. 

Çəkilişin müəllifi fotoqraf Rafael Pavarotti olub.

Konseptin hazırlanmasında isə Britaniyanın "Vogue" jurnalının baş redaktoru Edvard Enninful iştirak edib.

Milli.Az