Sabunçuda bıçaqlanma

17 İyun 2022 07:55

Bakıda qaraçı milliyətindən olan gənc bıçaqlanıb.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Salmanov Sabir Rasim oğlu mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az