Sezen Aksu haqda film və serial çəkiləcək

16 İyun 2022 23:41

Bir müddətdir səhnələrdən uzaq olan türkiyəli müğənni Sezen Aksu "Disney Plus"un reklam siması olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətdə olduğu müddət ərzində ilk dəfə sima seçilən Aksunun həyatı və karyerası barədə film və serial çəkiləcək.

Ekran işləri "Disney Plus"da yayımlanacaq.

Milli.Az