“Coca-Cola” Rusiyada fəaliyyətini dayandırır

16 İyun 2022 22:07

"Coca-Cola" şirkəti rəsmi şəkildə Rusiyadakı "Coca-Cola" və digər brend içkilərin (o cümlədən "Sprite", "Fanta" və "Dobrıy" şirəsi) istehsalını və satışını dayandıracağını açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə news.ru saytı məlumat yayıb.

Bildirilir ki, "The Coca-Cola Company" hələ martda Ukraynada keçirilən xüsusi əməliyyat fonunda Rusiyada işgüzar fəallığını azaldacağını bəyan etmişdi.

Buna baxmayaraq, şirkətin Nijni Novqoroddakı zavodu işləməyə davam edirdi.

Milli.Az