Bakıda yanğın baş verib - VİDEO

16 İyun 2022 22:06

Paytaxtda fərdi yaşayış evində yanğın olub.

Milli.Az bildirir ki, hadisə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, yanğın ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində olub. Hadisəyə səbəb elektrik xəttlərindəki nasazlıqdır.

Milli.Az