Mərkəzi Bank rəqəmsal manat konsepsiyası üzərində işləyir

16 İyun 2022 16:10

Azərbaycan Mərkəzi Bankı rəqəmsal manat konsepsiyası üzərində işləyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi Rəşad Qasımov Bakıda keçirilən maliyyə texnologiyaları sammitində deyib.

Onun sözlərinə görə, hazırda bu sahədə qabaqcıl dünya təcrübəsi öyrənilir.

"Rəqəmsal valyuta ödənişlərin nağdsız mühitə keçirilməsini sürətləndirə bilər", - deyə o bildirib.

Milli.Az