ABŞ Kərimovun müsadirə edilmiş yaxtasını Havay adalarına göndərib

16 İyun 2022 19:37

ABŞ hakimiyyəti Rusiyanın "Amadea" superyaxtasını Havay ştatına göndərməyi əmr edib.

Milli.Az bu barədə Bloomberg-ə istinadən xəbər verir.

ABŞ-ın rusiyalı oliqarx və senator Süleyman Kərimova məxsus olduğunu iddia etdiyi, dəyəri 300 milyon dollardan çox olan 106 metrlik "Amadea" yaxtası Ficidə müsadirə edilib.

"İndi yaxta Amerika bayrağı altında yeni ekipajla Havay adaları istiqamətində üzür", - məlumatda deyilir. I. R. Consilium konsaltinq şirkətinin icraçı direktoru İan Ralbinin verdiyi məlumata görə, yaxtanın Honoluluya göndərilməsi məqsədəuyğundur, çünki bu, ən yaxın limandır.

Daha əvvəl Fici məhkəməsi ABŞ-a "Amadea" yaxtasını götürməyi əmr etmişdi, çünki uzunmüddətli hüquqi mübahisələr zamanı ada ölkəsi üçün gəminin saxlanması çox baha başa gəlir. "Amadea" yaxtası aprelin 14-də Fici polisi tərəfindən saxlanılıb. Müdafiə tərəfi onun NNK-Oil şirkətinin sahibi Eduard Xudainatova məxsus olduğunu iddia edir.

Aslan Məmmədov
Milli.Az