Şolts Kiyevdə: Biz Ukraynaya lazım olan qədər kömək edəcəyik

16 İyun 2022 15:37

Almaniya kansleri Olaf Şolts Ukraynanı Rusiyanın hücumuna qarşı mübarizədə tam dəstəyini davam etdirəcəyinə inandırıb.

Milli.Az Bild-ə istinadən bildirir ki, o, bunu Kiyev yolunda qatarda jurnalistlərlə söhbət edərkən deyib.

"Avropa İqtisadi Birliyinin yaradılmasında iştirak etmiş üç böyük ölkənin hökumət başçılarının Kiyevə getməsi və bu xüsusi hərbi vəziyyətdə Ukraynaya və Ukrayna vətəndaşlarına dəstək nümayiş etdirməsi vacibdir", - Şolts bildirib.

Ukraynanın mübarizəsi üçün nə qədər lazımdırsa, dəstək davam edəcək.

"Lakin biz təkcə həmrəylik nümayiş etdirmək istəmirik, həm də əmin etmək istəyirik ki, təşkil etdiyimiz maliyyə, humanitar, o cümlədən silahla bağlı yardımlar davam etdiriləcək", - kansler əlavə edib.

Aslan Məmmədov
Milli.Az