Kiyevdə Makron, Şolts və Dragiyə bu ölkənin prezidenti qatılacaq

16 İyun 2022 16:52

Bu gün, iyunun 16-da Rumıniya prezidenti Klaus İohannis Ukrayna paytaxtına gələn Fransa, Almaniya və İtaliya liderlərinə qoşulmaq üçün Kiyevə gələcək.

Milli.Az bildirir ki, bu barədə Rumıniya prezidenti Tvitter hesabında məlumat verib.

"Bild"in məlumatına görə, Fransa prezidenti Emmanuel Makron Yohannesi Aİ liderlərinə qoşulmağa dəvət edib.

"Üçlüyün səfərindən bir neçə həftə əvvəl aydın oldu ki, Avropa birliyinin simvolu kimi Şərqi Avropalını da onlarla gətirmək yaxşı fikir ola bilər", - nəşr yazır.

İohannis Buxarestdən Kiyevə təkbaşına getdi, çünki üç liderin olduğu qatarda yer qalmamışdı - onları çoxsaylı nümayəndə heyəti və mühafizəçilər müşayiət edirdi.

Aslan Məmmədov
Milli.Az