Bakı Dövlət Sirkinin direktoru dəyişib

16 İyun 2022 13:45

Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov işdən çıxıb.

Bu barədə APA-ya Sirkin sosial media meneceri Gülşanə Mustafayeva xəbər verib.

O bildirib ki, Elmir Hüseynov öz ərizəsi ilə işdən ayrılıb: "Elmir müəllim iyun ayının 1-dən işdən çıxması ilə bağlı ərizə yazıb. Hazırda sirkin idarə edilməsi direktor müavini Nahid Ağayevə həvalə olunub".

Qeyd edək ki, bu barədə ilk xəbəri bakupost.az verib.

Milli.Az