Gürcüstanda ictimai nəqliyyatda maska tələbi ləğv edilir

16 İyun 2022 18:52

Gürcüstanda ictimai nəqliyyatda qoruyucu maskadan istifadə tələbi ləğv edilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Gürcüstan hökuməti qəbul edib.

İyunun 20-dən qüvvəyə minəcək qərarla sərnişinlər avtobus və metroda maskadan istifadə etməli olmayacaqlar.

Qərara əsasən, maska taxmaq tələbi yalnız tibb müəssisələrində qüvvədə saxlanılacaq.

Milli.Az