Bakıda 16 yaşlı qız itkin düşüb

16 İyun 2022 10:52

Bakıda 16 yaşlı qız itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Sabunçu rayonu Məhəmmədəli qəsəbəsi Göyqurşağı yaşayış kompleksində yaşayan 2006-cı il təvəllüdlü R. Əlizadə iyunun 14-də yaşadığı evdən çıxıb və itkin düşüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

Milli.Az