Vilayət Eyvazov polis baş leytenantına vəzifə verdi

16 İyun 2022 09:45

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Milli.Az APA-ya istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis baş leytenantı Kamil Abdullayev Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı vəzifəsindən azad olunaraq həmin Baş İdarənin 2-ci Polis Şöbəsinin Xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Milli.Az