"Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov sosial şəbəkədə həyat yoldaşı ilə fotosunu paylaşıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi xanımını ad günü münasibəti ilə təbrik edib.
O, paylaşımına "Həyatımın ritmi, yubileyin mübarək" sözlərini yazıb.
Qeyd edək ki, Natiq Şirinovun Sevil adlı qızı, Ümid adlı oğlu var. Sənətçinin oğlu fevralda Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə ailə qurub.
Milli.Az