"Kayserispor"da yeni baş məşqçi

16 İyun 2022 08:24

Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Superliqa təmsilçisini Çağdaş Atan çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssislə müqavilənin müddəti 2022/23 mövsümünün sonuna qədərdir.

Çağdaş Atan 2017-ci ildə bu komandada köməkçi məşqçi kimi fəaliyyət göstərib. Gənc məşqçi 2020/21 mövsümündə "Alanyaspor"un baş məşqçisi olub.

Milli.Az