Alveş “Barselona”dan ayrılacağını açıqladı

16 İyun 2022 08:04

"Barselona"nın futbolçusu Dani Alveş bu ayın sonunda klubu tərk edəcək.

Bu barədə 39 yaşlı müdafiəçi özünün instaqram hesabında yazıb.

Braziliyalı oyunçu klub rəhbərliyinin onunla 2022-ci il iyunun 30-da başa çatan müqaviləni uzatmaq istəmədiyini bildirib.

Qeyd edək ki, 2008-2016-cı illərdə Kataloniya təmsilçisində çıxış edən  Alveş 2021-ci ilin noyabrında yenidən "Barselona"ya qayıtmışdı.

Milli.Az