Bakı sakinini Xaçmazda döyüb yandırdılar

16 İyun 2022 08:28

Xaçmaz rayonunda döyülmə hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Susay kəndində qeydə alınıb.

Belə ki, Bakıdan Xaçmaza quşçuluq fermasına işləməyə gələn 1968-ci il təvəllüdlü Zaur İslam oğlu Abdullayev tanıdığı şəxslər tərəfindən döyülüb, sonra ağaca bağlanılaraq yandırılıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az