İki nəfər xilas olunub

16 İyun 2022 07:25

İyunun 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib.

FHN-dən bildirilib ki, xilasetmə əməliyyatı "Şüvəlan" və "Mingəçevir" sularında aparılıb.

Milli.Az