"Mühüm beynəlxalq tədbirlər ərəfəsində mövqeləri razılaşdırdıq" - Zelenski

15 İyun 2022 23:06

Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukraynanın dövlət başçısı tvitter-də yazıb.

"Boris Consonla daim təmasdayam. Mühüm beynəlxalq tədbirlər ərəfəsində mövqeləri razılaşdırdıq. Döyüş meydanındakı durumu, Ukraynanın müdafiə ehtiyaclarını və ərzaq təhlükəsizliyinə təhdidləri müzakirə etdik", - V.Zelenski vurğulayıb.

Milli.Az