Ukraynada partiya qadağan edilib

15 İyun 2022 21:49

Lvov Apellyasiya Məhkəməsi Ukrayna Sosialist Partiyasının qadağan edilməsinə dair qərar çıxarıb.

Milli.Az APA-ya istinadən bildirir ki, məhkəmənin qərarı ilə ləğv edilmiş partiyanın bütün əmlakı dövlətə verilməlidir. Siyasi partiyanın rəhbər şəxsləri antiukrayna fəaliyyətdə ittiham olunur.

Ukrayna Sosialist Partiyası qərardan kassasiya şikayəti verəcəyini bildirib.

Milli.Az