FİFA və UEFA-nın keçmiş rəhbərlərinin mümkün cəzası bəlli oldu

15 İyun 2022 19:39

Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) keçmiş rəhbəri Mişel Platininin məhkəmə prosesinin təfərrüatları məlum olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İsveçrə prokurorluğu iki il sınaq müddəti ilə bərabər məmurlara 1 il 8 ay şərti həbs cəzası istəyib.

Qeyd edək ki, Blatter və Platini 2021-ci ilin noyabrında dələduzluqda ittiham olunub. İşlə bağlı hökm iyulun 8-də elan ediləcək.

Milli.Az