“Sürix”in baş məşqçisi “Qarabağ”dan danışdı

15 İyun 2022 16:45

İsveçrənin "Sürix" klubunun baş məşqçisi Franko Foda UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqibləri barədə danışıb.

Milli.Az matc.az-a istinadla xəbər verir ki, baş məşqçi, "Qarabağ"ın avrokuboklardakı uğurlu oyunu barədə də fikirlərini bildirib:
 
"Həm "Lex", həm də "Qarabağ" yüksək keyfiyyətlərə malik komandadır".
 
Foda, Polşa və Azərbaycan komandaları barədə məlumat toplayacaqlarını, növbəti mərhələyə çıxmaq üçün əllərindən gələni edəcəklərini deyib.
 
"Qarabağ" - "Lex" cütünün qalibi ilk oyununu 19/20 iyulda evdə, cavab görüşünü 26/27 iyulda səfərdə keçirəcək.

Milli.Az