NATO-nun keçmiş komandanı Uesli Klark alyans qüvvələrinin Ukraynaya daxil edilməsinə çağırıb.
Milli.Az Qərb mətbuatına istinadən bildirir ki, onun fikrincə, NATO üzvü olan ölkəyə birbaşa hücum olmasa, alyansın münaqişəyə müdaxilə etməməsi siyasəti köhnəlib və 90-cı illərdə qalıb.
"NATO müdaxilə etməlidir. Gəlin bunu rəsmi olaraq etiraf edək və ruslara atəşi dayandırmağı əmr edək", - Klark bildirib.
O əlavə edib ki, alyans əvvəllər qeyd olunan çərçivədən kənara çıxmalı və ya mövcudluğunu dayandırmalıdır.
Aslan Məmmədov
Milli.Az