Kənd təsərrüfatı naziri İsmət Abbasov Ermənistana gedir

9 May 2010 00:17

Sabah kənd təsərrüfatı naziri İsmət Abasov, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rəşad Məcidov və "Aqrolizinq" Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov BMT-nin tədbiri çərçivəsində Ermənistana səfər edəcək.

Milli.Az-ın verdiyi xəbərə görə, bu barədə ANS-ə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev məlumat verib.

"İrəvanda FAO-nun növbəti iclası keçiriləcək. İclasda 55 ölkə iştirak edəcək. Bu məsələ bizim üçün önəmlidir, həm də bu, siyasi məsələdir. Son illərdə Türkiyənin təşəbbüsü ilə Ermənistanla Dağlıq Qarabağ məsələsinin yaxşılaşdırılmasına aid olan bir məsələdir. İsmət Abasov özü İrəvandandır. Oranı yaxşı tanıyır. Bu məsələyə müsbət təsir edəcək", - deyə Sabir Vəliyev bildirib.

Milli.Az