Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR: LƏĞV EDİLDİ

15 İyun 2022 12:07

Gürcüstan hökuməti xarici ziyarətçilər üçün tam vaksinasiya haqqında sənəd və PZR testinin mənfi cavabının təqdim edilməsi öhdəliklərini ləğv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, müvafiq qərarı ötən gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili imzalayıb. Qərara əsasən, bu gündən etibarən vətəndaşlığından asılı olmayaraq xaricdən gələn hər bir şəxs COVİD-19 virusu əleyhinə tam vaksinasiya pasportunu və son 72 saat ərzində əldə edilmiş PZR testinin mənfi cavabını təqdim etmək öhdəliyindən azad edilib.

Milli.Az