Ukraynada ölən uşaqların sayı 313-ə çatıb

15 İyun 2022 13:45

Ukraynada müharibə başlayan gündən indiyə qədər 313 uşaq həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Qeyd edilib ki, iyunun 15-i səhər saatlarına olan məlumata görə, Ukraynada ölən uşaqların sayı 313-ə, yaralananları sayı isə 579-a çatıb. Bildirilib ki, ancaq bu rəqəmlər yekun deyil.

Milli.Az