İstədiyimiz silahların yalnız 10 %-ni almışıq - Malyar

15 İyun 2022 12:22

Ukrayna Qərb ölkələrindən bəyan edilən yardımın yalnız 10 %-ni alıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar çıxış edib.

"Ukrayna nə qədər səy göstərsə də, Qərbin köməyi olmadan müharibədə qalib gələ bilməyəcək. Ukraynanın bəyan etdiyinin, bizə lazım olanın cəmi 10 faizini aldıq", - Malyar qeyd edib.

Milli.Az