"Fənərbaxça" braziliyalı oyunçu aldı

14 İyun 2022 21:49

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Santa Klara"dan Linkoln Henrikeni transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

"Fənərbaxça" braziliyalı üçün Portuqaliya klubuna 3,5 milyon avro ödəyəcək.

Milli.Az