Peyvənd olunanların sayı açıqlandı

14 İyun 2022 16:34

Azərbaycanda son sutkada 1 668 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 273, ikinci doza vaksinlərin sayı 197 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1076-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 122 olub.

Milli.Az