İraq və bütün müsəlman dünyasının tanınmış alimlər sülaləsindən olan Sədr ailəsi İslam yolunda ən dəyərli insanlarını qurban verib.
Onlardan biri Şəhid Sədr, digəri Şəhid Sədrin bacısı Bintül-Hüdadır. Səddam Şəhid Məhəmmədbaqir Sədri şəhadətə yetirəndən sonra onun bacısı Bintül-Hüda da eyni aqibəti yaşayır.
Səddamdan soruşurlar ki, Məhəmmədbaqir Sədri öldürəndən sonra nə üçün bacısı Bintül-Hüdanı qətlə yetirdin? Səddam həyasızlıqla deyir: Mən Yezidin səhvini təkrarlaya bilməzdim.
Yezid Hüseyni öldürdü, bacısı Zeynəbi azad buraxdı və Zeynəb Yezidin şəxsiyyətini, hakimiyyətini rüsvay etdi, qardaşı Hüseynin adını yaşatdı!
Milli.Az