“Mənə edilənləri desəm, 10 nəfər həbs olunar” - Gənc ifaçı

15 İyun 2022 03:31

Türkiyəli gənc ifaçı Aleyna Tilkinin son paylaşımı diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, pop ulduz Tvitterdə qalmaqallı status paylaşıb.

Aleyna "Uşaqlıqda mənə edilənlərdən danışsam, ən az 10 nəfər həbs olunar", - deyə  bildirib.

Bundan sonra həm sənət dünyasından, həm də sosial şəbəkə istifadəçilərindən ifaçıya dəstək gəlib. Hər kəs onun susmamasını, baş verənləri danışmasını söyləyib.

Milli.Az