"Qalatasaray" almaniyalı baş məşqçi ilə anlaşdı

14 İyun 2022 17:30

"Borussiya" ilə keçən ay yollarını ayıran Marko Roze "Qalatasaray"ı çalışdıracaq.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "cim-bom" rəhbərliyi 45 yaşlı almaniyalı mütəxəssislə anlaşıb. İstanbul nəhənginin yeni prezidenti Dursun Özbək bu barədə son qərarı verəcək.

Qeyd edək ki, "Qalatasaray"ın hazırkı baş məşqçisi Domenek Torrendir.

Milli.Az