Xarkov vilayətində atəş zamanı gənc ana həlak olub, üç aylıq körpəsi yaralanıb

14 İyun 2022 11:45

Xarkov vilayətində düşmənin atəşə tutması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Milli.Az bildirir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubov Telegram-da məlumat verib.

O qeyd edib ki, dünən ruslar Xarkov, İzyum, Boqoduxovski və Çuqevski rayonlarını atəşə tutmağa davam ediblər.

"Jukovski kəndinin atəşə tutulması nəticəsində 1 mülki şəxs xəsarət alıb. Rayonda fərdi yaşayış evləri, yardımçı tikililər, anbarlar zədələnib, meşə yanğınları baş verib. Peçeneqiyada 3 aylıq uşaq təəssüf ki, yaralanıb, 35 yaşlı ana dünyasını dəyişib. Zaqorodnoye kəndində 1 nəfər yaralanıb. Ümumilikdə rayonda 1 nəfər ölüb, 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb".

Sinegubov həmçinin bildirib ki, Xarkov vilayətində dörd rus raketinin vurulması nəticəsində anbarlarda yanğın baş verib, yük maşınları yanıb. Yanğın sahəsi 2 min kvadratmetrdir.

Aslan Məmmədov
Milli.Az