Odessa bölgəsi raketlərlə vuruldu

14 İyun 2022 11:37

Rusiya hərbçiləri Krımdan Odessa bölgəsini raketlərlə vurub. 

Milli.Az bildirir ki, bu barədə Telegram-da Odessa Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.

"Odessa vilayətinə düşmən səhər saatlarında yenidən raket zərbəsi endirib. Krım ərazisindən 2 ədəd "Oniks" raketi atılıb", - məlumatda deyilir.

"Cənub" əməliyyat komandanlığının məlumatına görə, raketlər Qara dəniz üzərində hava hücumundan müdafiə bölməsinin qüvvələri tərəfindən məhv edilib.

Aslan Məmmədov
Milli.Az