Bakıda 2 avtomobildən 40 min manatlıq oğurluq edilib

14 İyun 2022 17:37

Nizami RPİ-nin 23-cü Polis Bölməsinə rayon ərazisində "Mack" markalı 2 avtomobildən 40.000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Milli.Az-a DİN-dən məlumat verilib. Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az